hədd-hüdud bilmə (həddi aşmama)

a sense of proportion чувство меры
Həcdən gələn mən - xəbər gətirən sən?!
hədd qoymaq
OBASTAN VİKİ
Aşağı hədd
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır. Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Son hədd
Son hədd (ing. The Edge) — 1997-ci ildə Li Tamahorinin rejissoruluğu ilə çəkilmiş, Entoni Hopkins və Alek Bolduinin baş rollarda oynadığı ABŞ filmi. Filmin süjetini varlı iş adamı Çarlz Mors (Hopkins), fotoqraf Bob Qrin (Bolduin) və köməkçisi Stiven (Harold Perrino) ilə əlaqədardır, onlar təyyarələri Alyaskanın meşələrində yerə çırpılaraq məhv olduqdan sonra sağ qalmaq üçün çalışırlar. Onların meşədə adamyeyən kadyak ayısı tərəfindən təqib olunmaları sağ qalmaq şansları daha da azaldır. Bir neçə Hollivud filmində rol alması ilə tanınan, təlim keçmiş Kodyak ayısı Bart bu filmdə son rollarından birində çəkilmişdir və qaniçən vəhşi obrazındadır. Yaşlı milyarder Çarlz Mors gözəl gənc model həyat yoldaşı Mikki ilə Alyaskaya səyahət edir, burada peşəkar fotoqraf Bob Qrin gözəl şəkillər çəkməyə ümid edir. Mikki ilə poza verməli olan adam xəstələndiyindən Bob Çarlzı qaldıqları evdə fotoşəkilini gördüyü bir hind ovçusunun yaşadığı gölə uçmağa inandırır və onun üçün fotosessiyanın mükəmməl olacağı qərarına gəlir. Uçuş zamanı təyyarə quşlarla toqquşur və gölə düşür. Pilot həlak olsa da, Çarlz, Bob və onun köməkçisi Stiven xilas olmağı bacardı. İndi əlaqə kəsilib, hava getdikcə soyuyur, xilas olma şansı azdır.
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372-ci (miladi 982–983-cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142–145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
Hər şeyi bilmə
Hər şeyi bilmə (ing. Omniscience) — hər şeyi sonsuz olaraq bilmək və ya ən azından xarakter (o cümlədən düşüncələr), hisslər, həyat, kainat və s. haqqında bilinə bilən hər şeyi bilmək qabiliyyəti. Monoteizmdə hər şeyi bilmək ilahi atributlardan biri kimi Tanrıya aid edilir. Müqəddəs Kitabın Tanrını tez-tez digər adlar arasında "Mən Mənəm" kimi xatırlanır ki, bu da Onun hər yerdə mövcudluğunu və hər şeyə qadir olduğunu bildirir. Bu məfhum Quranda da yer alır ki, burada Allah Əl-Alim adlanır. Bu, "bilmək" mənasını verən "alema" felinin məsdər formasıdır. Hinduizmdə "hər şeyi bilən" (sanskr. सर्वग्य), "qüdrətli" və ya "hər şeyə qadir" (sanskr. सर्व समर्थ) və "hər yerdə olan" və ya "hər şeyi əhatə edən" (sanskr.
Azərbaycanda seçki həddi
Azərbaycanda seçki həddi hal-hazırda yerli bələdiyyə və parlament seçkilərində tətbiq olunmur. Majoritar sistemlə keçirilən seçkilərdə ən çox səs toplayan şəxs seçilmiş hesab olunur. Azərbaycanda sadəcə referendumlarda seçki həddi tətbiq olunur. Belə ki, əgər seçicilərdən yarısından çoxu referendumun lehinə səs verərsə, referendum baş tutmuş və təkliflər qəbul edilmiş sayılır. Azərbaycanda bir müddət qarışıq üsulla keçirilən parlament seçkilərində majoritar seçki üçün 50+1%, proporsional üsulla keçirilən seçkilər üçün isə əvvəlcə 8%, daha sonra isə 6%-lik seçki həddi tətbiq olunmuşdur. == Tarixçə == Azərbaycanda seçki həddi 1995-ci ildə keçirilən ilk parlament seçkilərində tətbiq olunmuşdur. Belə ki, bu seçkilərdə proporsional seçki üçün ayrılmış 25 yer üçün mübarizə aparan partiyalar 8%-lik seçki həddini keçdiyi təqdirdə nisbət hesabına uyğun olar parlamentdə təmsiliyyət haqqı qazanırdı. 2000-ci il parlament seçkilərində isə bu hədd 6%-ə endirilmişdir. === Proporsional sistemdə === 1995-ci ildə keçirilən ilk parlament seçkilərində Azərbaycan Demokratik İstiqlal Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış, beləliklə qeyd olunan partiyalar proporsional seçki üzrə mübarizə haqqı qazanmışdır. Bununla yanaşı seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya — Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən proporsional seçkilərə buraxılmamışdır.
Sürət həddi (film, 2017)
Sürət həddi və ya Overdrayv (fr. Overdrive) — Rejissor Antonio Neqretin çəkdiyi fransız döyüş filmidir. Filmin süjet xətti maşın oğurluğu ilə məşğul olan iki macəraçı qardaşın Fransanın Marsel şəhərinə gəlməsi və burada böyük bir cinayətkar şəbəkənin qəddar lideri ilə görüşündən və bundan sonrakı hadisələrdən bəhs edir. Filmin baş rollarında Skut İstvud və Freddi Torp çəkilmişdirlər. Filmin Rusiyada premyerası 20 iyul 2017-ci ildə baş tutmuşdur. == Süjet xətti == Peşəkar şəkildə həyata keçirdikləri avtomobil oğurluqları ilə bütün Avropanın cinayət aləminə səs salmış Endru və Qarrett Foster qardaşları, Fransanın cənubundakı son oğurluqları zamanı işləri korlayırlar. Belə ki, mafiya başçısı Cakomo Moryerin Bugattisini oğurlamağa cəhd etdikləri zaman yaxalanırlar. Moryer, sağ qalmaları üçün onların qarşısına bir şərt qoyur — ən böyük rəqibi olan Maks Klempin çox dəyərli Ferrari 250 GTO markalı avtomobilini oğrulamalıdırlar və bunun üçün onların sadəcə olaraq 1 həftə vaxtları vardır. == Rollarda == Skott İstvud — Endru Foster Freddi Torp — Qarrett Foster Ana de Armas — Stefani Qaya Vays — Devin Klemens Şik — Maks Klemp Simon Abkaryan — Cakomo Moryer Musa Maaskri — Pənahi Kaaris — Frenk Filmdə Mettyu Qud, Aleks Pettifer, Qarrett Hedlund, Ceymi Bell, Ben Barns, Karl Urban, Sem Klaflin və Emiliya Klark da rol almışdırlar. == Tənqid və rəylər == The Hollywood Reporter bu filmi formal (şablon) və axmaq, lakin xoşbəxtlikdən tamamilə uzaq olmayan bir parodiya kimi qiymətləndirmişdir.
Son hədd (film, 1997)